Qəzaya düşən yanacaq daşıyan maşının sürücüsünün meyitini çıxarıldı - VİDEO - YENİLƏNİB

Qəbələdə yanacaqdaşıyan maşın iki avtomobilə dəyərək körpüdən aşıb, ölən var.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, bu gün saat 11:30 radələrində 1960-cı il təvəllüdlü Məhərrəm Quliyev idarə etdiyi “Mercedes” markalı yanacaqdaşıyan yük avtomobili ilə Qəbələ rayonunun Vəndam qəsəbəsi ərazisində hərəkətdə olarkən idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi əvvəlcə yolun kənarındakı iki minik avtomobilinə dəyib, daha sonra isə körpüdən aşıb. Hadisə yerinə dərhal polis və FHN-in əməkdaşları cəlb olunub, zəruri təhlükəsizlik tədbirləri görülüb. Avtomobildə sıxılı vəziyyətdə qalan M.Quliyevin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
***
Qəbələ rayonu, Vəndam qəsəbəsi ərazisində yol-nəqliyyat qəzası baş verməsi nəticəsində yanacaq daşıyan avtomobil körpüdən aşıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Avtosfer.az-a verilən məlumata görə, FHN-in qüvvələri tərəfindən xüsusi xilasetmə vasitələrindən istifadə etməklə avtomobildə sıxılı vəziyyətdə qalan sürücünün meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülür.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












