FHN və ADY birgə təlim keçirdi - VİDEO

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi və “Azərbaycan Dəmir Yolları” QSC Biləcəri stansiyasında birgə taktiki-xüsusi təlim keçirib.
Avtosfer.az xəbər verir ki, “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı idarəetmənin təşkili” mövzusunda keçirilmiş təlim baş verə bilən fövqəladə hallar zamanı struktur bölmələrin qarşısında qoyulan tapşırıqların operativ yerinə yetirilməsi və bu istiqamətdə şəxsi heyətin praktiki vərdişlərinin artırılması, eləcə də qəza-xilasetmə işləri üzrə dövlət qurumları arasında qarşılıqlı fəaliyyətin daha da gücləndirilməsi məqsədilə təşkil olunub.
Təlim iki mərhələdən – şəxsi heyətin yüksək hazırlıq dərəcəsinə gətirilməsi, hadisə rayonuna yürüşü və toplanma rayonunda yerləşdirilməsi və baş vermiş fövqəladə hadisənin nəticələrinin aradan qaldırılmasından ibarət olub. Təlim zamanı baş vermiş hadisənin nəticələrinin aradan qaldırılması məqsədilə hadisə yerinə FHN-in Bakı Regional Mərkəzi, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təyinatlı texnikaları və şəxsi heyəti ilə yanaşı, xüsusi təlim görmüş itlər, ADY-nin mülki müdafiə qüvvələri və müvafiq nəqliyyat vasitələri cəlb olunub.
Daha sonra hadisə yerindəki mövcud vəziyyətin qiymətləndirilməsi, idarəetmə və qarşılıqlı fəaliyyətin təşkili, zərərçəkmişlərin xilas edilməsi, xüsusi təlim görmüş itlərin tətbiqi, ilkin təxirəsalınmaz yardımın göstərilməsi üzrə tədbirlər həyata keçirilib. Təlim zamanı stansiyanın personalına texniki təhlükəsizlik qaydalarına riayət olunması, fövqəladə hallar zamanı həyat və sağlamlığın qorunması üzrə əməli vərdişlərin aşılanması da diqqət mərkəzində olub.
Uğurla keçən təlim zamanı qarşıya qoyulmuş məqsədlərə nail olunub.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












