Fırıldaqçı tur şirkətlərini necə ayırd etmək olar? – MÜHÜM XƏBƏRDARLIQ

Tur şirkətlərinə tələbat artığı bir dönəmdə etibarlı tur şirkəti tapmaq bir xeyli çətinləşib.
Əksər insan büdcəsinə qənaət etmək üçün daha sərfəli tur şirkəti seçərkən, onun fəaliyyətini gözdən keçirmək arxa planda qalır. Özlərini bu sahədə “peşəkarlaşdırmış” şirkətlər isə insanları ucuz qiymətə şirnikləndirərək öz hiyləgərliklərini reallaşdırmağa nail olur. Yekunda isə müştəri aldanaraq birə- beş xərcə düşür.
Bir neçə gün öncə isə “Instagram” sosial şəbəkəsi üzərindən “sahintravel” tur şirkəti istirahətə yollanmaq istəyən həmkarımızın 900 manatını alaraq dələduzluq etdiyi ilə bağlı məlumat yayılıb. Yəni, bu kimi dələduzluq halları ilə rastlaşanlar az olmasa da, təəsüf ki, sözügedən formada fəaliyyət göstərən şirkətlərin qarşısını almaq çətindir.
Bəs, tur şirkətləri tərəfindən aldadılmamaq üçün nələrə diqqət etmək lazımdır?
Turizm məsələləri üzrə ekspert Ceyhun Aşırov Bizim.Media-ya açıqlamasında bildirib ki, vətəndaşlar sadəcə qiymətə baxmamalı, ətraflı araşdırma aparmalıdırlar:
“Çox təəsüflər olsun ki, bəzən müştərilərin aldadılması faktına rast gəlirik. Bu, ümumiyyətlə, turizm şirkətləri və hətta otellərdə də olur ki, yalandan müşrəriləri cəlb etmək üçün çox ucuz qiymətlər təklif edirlər. Nəticədə isə müştəri bu ucuz qiymətə aldanaraq bir çox rezervlerin doğru olmadığını görə və öz səyahət təcrübələrində xoşagəlməz hallarla rastlaşa bilər”.
Ekspertin sözlərinə görə, “Turizm haqqında” qanunda göstərilir ki, şirkətlər artıq reyestrdən keçməlidirlər və onların öz reytinqi formalaşmalıdır:
“Tur şirkətləri ilə bağlı turizm haqqında qanunda müvafiq tənzimlənmə nəzərdə tutulub. Kəskin ucuz qiymət əslində şübhə doğurmalıdır. Mütləq araşdırarkən də bir neçə mənbəni gözdən keçirməli və çox ucuz qiymət olarsa, şübhələnmək və araşdırmaq lazımdır”.
Ceyhun Aşırov həmçinin qeyd edir ki, tur şirkətlərinin saxtakarlığını anlamaq üçün bir sıra məqamlara diqqət etmək vacibdir:
“Turizm qanunlarına uyğun fəaliyyət göstərən şirkətləri digərlərindən fərqləndirmək mümkündür. Reyestrdən keçən şirkət daha güvənlidir. Çünki onlar öz nüfuzunu qoruyar və kimisə aldatmaz. Çünki hansısa turisti aldatmaq onun öz şirkətinin dağılmasına səbəb ola bilər. Ağıllı bir şirkət və rəhbəri heç zaman müştəriləri aldatmaz. Fırıldaqçı şirkətlərin adətən ofisi və işçi qrupu olmur”.
Sabah görünüş məsafəsi məhdudlaşacaq
Niyaməddin Musayevin qızı polkovnik imiş, uzun müddət RƏİS İŞLƏYİB
Bəzi ərazilərdə velosiped zolaqları ləğv edilsin - TƏKLİF
Metronun "Memar Əcəmi" stansiyasının girişində təhlükəli vəziyyət yaranıb? - RƏSMİ AÇIQLAMA
Müslümovla Hacıyevin əmlakları satışda - 350 minlik mənzil, avtomobillər… - FOTO
Həbs edilib azadlığa buraxılan məmurun milyonluq əmlakları satışa çıxarılır - ŞOK SİYAHI
Dörd ay əvvəl tutulan şirkət rəhbəri həbsdən buraxıldı - FOTO
“İnanın mənə, bu, xoş hissdir” - Prezident sülhdən danışdı
Prezident Davosda “Euronews”a müsahibə verdi - FOTOLAR - YENİLƏNİB
Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı
Bakıda piyada zonaları ilə bağlı VACİB MƏQAM - "Bunu etməsələr, effekt verməyəcək" - FOTO











