Foto studiyasında saxta pul hazırlayan şəxslər saxlanılıb - FOTO - VİDEO

Aprel ayının 9-da Ağcabədi rayonunda yaşayan bir nəfər sakinin işlədiyi köşkə tanımadığı şəxs yaxınlaşıb, alqı-satqı müqabilində ona 50 manat pul təqdim edib, satıcı sonradan həmin pulun saxta olmasını bilib və bu barədə polisə məlumat verib.
Bu barədə informasiya Avtosfer.az-a DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilib.
Məlumatla əlaqədar Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə saxta əsginasın dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Bərdə rayonunda 588 saylı qəsəbədə yaşayan Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Səbuhi Aslanov qısa zamanda müəyyən edilib.
Onun ətrafında aparılan araşdırmalarla həmin əsginası həmyerlisi və qonşusu Rahib Zeynalovdan əldə etdiyi məlum olub.
Əməliyyatın davamında R.Zeynalov qəsəbə ərazisindəki işlədiyi foto studiyasında elə iş başında, saxta əsginas hazırlayarkən polis əməkdaşları tərəfindən müəyyən edilib.
Həmin obyektə baxış keçirilən zaman 5 ədəd 100 manatlıq, 28 ədəd 50 manatlıq, 4 ədəd 20 manatlıq və 5 ədəd 10 manatlıq saxta əsginaslar, onların hazırlanması üçün istifadə olunan kompüter və printer aşkar olunaraq götürülüb.
Adıçəkilən şəxslər saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunublar. Onların barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












