FTX azərbaycanlını sərhəddə belə saxladı - VİDEO - YENİLƏNİB

Xəbər verdiyimiz kimi, Azərbaycan vətəndaşı Rufullayev Yadulla Ramiz oğlu Dağıstanda sərhədi keçməyə çalışarkən Rusiya FTX tərəfindən saxlanılıb.
Avtosfer.az xəbər verir ki, xüsusi xidmətin məlumatına görə, 1989-cu il təvəllüdlü Yadulla Rufullayev Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən işə götürülübmüş.
Faktla bağlı FTX-nin Dağıstan üzrə İstintaq İdarəsi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 276.1-ci ("Rusiya Federasiyasının təhlükəsizliyinə bilə-bilə qarşı yönəlmiş fəaliyyətdə düşmənə kömək göstərmə") maddəsi ilə cinayət işi açıb. Bu maddə ilə cəza 15 ilə qədər həbsdir.
Hazırda cinayətin təşkilində və törədilməsində iştirak edən bütün şəxslərin müəyyən edilməsi, habelə onu sifariş edən şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
***
Dağıstanda Azərbaycanla sərhəddə Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən işə götürülən əcnəbi saxlanılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə FTX məlumat yayıb.
Xüsusi xidmətin məlumatına görə, xarici ölkə vətəndaşı, 1989-cu il təvəllüdlü Rufullayev Yadulla Ramiz oğlu Rusiya-Azərbaycan dövlət sərhədinin “Yaraq-Kazmalyar” sərhəd-keçid məntəqəsindən keçərkən saxlanılıb.
O, Rusiya Hərbi-Sənaye Kompleksinin (MİK) əməkdaşından oğurlanmış məxfi sənədləri Ukraynaya göndərmək üçün qaçırırmış: "O, Rusiya hərbi-sənaye kompleksinin məxfi daşıyıcılarından birinə hücum nəticəsində əldə edilmiş rəsmi materialların Rusiya ərazisindən çıxarılması əməliyyatını həyata keçirirdi".
Həmin şəxs etiraf edib ki, Rufullayevin qardaşı, Ukrayna Təhlükəsizlik Xidməti əməkdaşı, 1981-ci il təvəllüdlü Səbuhi Ramiz oğlunun göstərişi ilə sənədləri və mobil telefonu sonradan Ukraynaya çatdırmaq üçün Kurqan vilayətində gizləndiyi yerdən götürüb.
Zabit olmaq istəyənlərin NƏZƏRİNƏ! - DİN müsabiqə elan etdi - FOTO
Sürücü ''Meqa'' sığorta şirkətindən şikayətçidir - VİDEO
Orada təmiz ətin kilosu 11 manatdır, Bakıda isə 18 manat – SƏBƏB
İçib "TikTok"da canlı yayım açaraq söyüş söyən ÜÇ UŞAQ ANASI SAXLANILDI
Şimali Koreya Ukraynadakı müharibədən nə qədər qazanır? - FOTO
Sərnişin avtobusu qapısı açıq idarə olunub - VİDEO
Polis polkovnik leytenantı rəis TƏYİN EDİLDİ
Bakıda çimərlikdə qadınları çəkib “TikTok”da yayımladı - Onları hansı cəza gözləyir? - VİDEO
Bakıda kabab evində at DNT-si aşkarlanıb - FOTO
Onlayn kazino şəbəkəsinin rəhbəri saxlanılaraq Azərbaycana gətirildi - VİDEO
Azərbaycanda bəzi qurum və təşkilatların istifadəçi hesablarına kiberhücum cəhdləri qeydə alınıb










