Fuad Muradov: “Paris istisna olmaqla heç bir Azərbaycan evinə hücum olmayıb”

“Paris istisna olmaqla bu günə qədər diasporumuzun nəzdində olan heç bir Azərbaycan evinə hücum olmayıb. Parisdə baş verən hücum zamanı polisin vaxtında müdaxiləsi nəticəsində vəziyyət stabilləşdi”.
Avtosfer.az xəbər verir ki, bunu Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib.
Onun sözlərinə görə, hücum zamanı UNESCO ilə birgə tədbir keçirilirdi və bu tədbir zamanı onlar da düşmənin mədəniyyətini görmüş oldu:
“Xüsusilə vurğulamaq istəyirəm ki, Azərbaycan diasporu ayaqdadır. 50-dən çox bəyanat vermişik və bunların bir çoxuna rəsmi münasibətlər gəlib”.
O bildirib ki, Latın Amerikası, bəzi ərəb ölkələrində bizim diasporumuz fəaliyyət göstərmir:
“Lakin buna baxmayaraq, bizim diasporumuz baş verən hadisələrlə bağlı bu ölkələrdəki rəsmilərə geniş məlumatlar verir. Adekvat tədbirlər qeyri-qanuni hərəkətlərdən, aksiyalardan daha çox effektlidir”.
Oxu.Az
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA












