Füzulidə minaya düşənlərin hansı şəraitdə xəsarət aldığı bilindi

Noyabrın 14-də, saat 16:30 radələrində Füzuli rayonunun işğaldan azad olunmuş Alxanlı kəndində mülki əhalinin girişi qadağan olunan təhlükəli ərazidə 1984-cü il təvəllüdlü Əhmədov Yasin Ələsgər oğlu və onun qardaşı 1989-cu il təvəllüdlü Əhmədov Asif Ələsgər oğlu mal-qara otararkən piyada əleyhinə minaya düşüblər.
Bu barədə ANAMA-dan məlumat verilib.
Bildirilib ki, partlayış nəticəsində Əhmədov Yasin Ələsgər oğlu həlak olmuş, Əhmədov Asif Ələsgər oğlu isə ağır dərəcəli bədən xəsarəti alıb.
Qeyd olunan mülki vətəndaşların təxliyə olunması üçün Agentliyin minaaxtaranları həmin əraziyə cəlb olunub. Təxliyə əməliyyatı zamanı Əhmədov Asif Ələsgər oğlu ərazidən çıxarılıb, Əhmədov Yasin Ələsgər oğlunun təxliyəsi zamanı isə Agentliyin minaaxtaranı, 1979-cu il təvəllüdlü Xudiyev Asəf Mürsəl oğlu öz xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən basdırılmış piyada əleyhinə minaya düşüb, nəticədə sol ayağı topuq nahiyəsindən amputasiya olunub və çoxsaylı qəlpə yarası alıb.
Hal-hazırda Xudiyev Asəf Mürsəl oğlu Füzuli rayon Diaqnostika Mərkəzində dərhal cərrahiyyə əməliyyatına alınıb, vəziyyəti stabil ağırdır.
Bir daha bildiririk ki, qeyd olunan ərazilər işğaldan azad olunmuş torpaqlardır və təhlükəsizlik səbəbindən həmin ərazilərə mülki şəxslərin girişi qəti qadağandır.
Hansı din xadimlərinin dövlət qulluğunda çalışmasına məhdudiyyət qoyulur? – DEPUTAT
Polad Həşimovun anasının son durumu AÇIQLANDI
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?












