"Galenvagen"in bahalı nömrəsini oğurlayan şəxs tapıldı - VİDEO

Bakıda bahalı avtomobilin dövlət qeydiyyat nişanını oğurlayan şəxs saxlanılıb.
Hadisə ötən ay paytaxt sakini Şahin Rəhimovun başına gəlmişdi.
O, avtomobili park etdiyi yerdən götürmək istəyəndə 10-RE-999 dövlət qeydiyyat nişanının açıldığını, nəqliyyat vasitəsinin alın şüşəsinə isə əlaqə saxlamaq üçün mobil nömrə yazıldığını görüb. Nömrəni qaytarmaq qarşılığında ondan 1000 manat tələb edilirdi.
Müsahibimiz növbəti dəfə belə hadisənin yaşanmayacağına ümid edir.
Qeyd edək ki, dünən Daxili İşlər Nazirliyi məsələ ilə bağlı məlumat yayıb. Bildirilib ki, fevralın 25-dən 28-dək olan müddətdə paytaxt ərazisində naməlum şəxsin Şahin Rəhimova məxsus "Mercedes" markalı avtomobilin qeydiyyat nişanını oğurlayaraq geri qaytarmaq müqabilində 1000 manat pul tələb etməsi barədə polisə məlumat daxil olub. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Bakı şəhər sakini müəyyən edilərək saxlanıb.
Xatırladaq ki, mart ayının 1-də "Xəzər Xəbər" bu mövzu ilə bağlı reportaj hazırlamışdı.
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO











