Gələn il fəsillərin Azərbaycana daxilolma vaxtı açıqlandı

2021-ci il üçün fəsillərin Azərbaycana gəlmə vaxtları açıqlanıb.
Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov APA-nın sorğusuna cavab olaraq bildirib ki, gələn il yaz fəsli Azərbaycana martın 20-si Bakı vaxtı ilə saat 13:37:00-da daxil olacaq.
Bu zaman yaz gecə-gündüz bərabərliyi qeydə alınacaq, yəni, gecə ilə gündüz bərabərləşəcək. Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsərək, Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçəcək və həmin andan Şimal yarımkürəsində yaz fəsli başlayacaq.
Gələn il yay fəsli Azərbaycana iyunun 21-i Bakı vaxtı ilə saat 07:32:00-da daxil olacaq. Bu zaman Yerin fırlanma oxy Günəş istiqaməti ilə ən kiçik bucaq əmələ gətirir və ya Günəş həmin gün günorta vaxtı üfüqdən maksimum hündürlükdə (73⁰.1) olur.
Həmin gün ən uzun gündüz və ən qısa gecə olacaq. Gündüzün uzunluğu 15 saat 3 dəq. 23 san., gecənin uzunluğu isə 8 saat 56 dəq. 37 san. təşkil edəcək.
Gələn il payız fəsli Azərbaycana sentyabrın 22-si Bakı vaxtı ilə saat 23:21:00-da daxil olacaq. Bu zaman payız gecə-gündüz bərabərliyi qeydə alınacaq, Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsərək Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçəcək və həmin andan Şimal yarımkürəsində payız fəsli başlayacaq.
Gələn il qış fəsli Azərbaycana dekabrın 21-i Bakı vaxtı ilə saat 19:59:00-da daxil olacaq. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş həmin gün üfüqdən minimum hündürlükdə (26⁰.2) olur.
Həmin gün ən qısa gündüz və ən uzun gecə olacaq. Gündüzün uzunluğu 9 saat 17 dəq. 22 san., gecənin uzunluğu isə 14 saat 42 dəq. 38 san. təşkil edəcək.
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM












