Gələn ildən azad edilən ərazilərdəki faydalı qazıntı yataqlarının istismarına başlanılacaq

“Gələn il əsas prioritet sahələrimizdən biri işğaldan azad olunan bölgələrdəki faydalı qazıntı yataqlarının iqtisadi dövriyyəyə cəlb edilməsidir”.
Bunu Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir İdayətov ilin yekunları ilə bağlı keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, ikin mərhələdə işğaldan azad edilmiş ərazilərin yenidənqurma və bərpası ilə bağlı tikinti layihələrinin həyata keçirilməsi üçün həmin ərazilərdə yerləşən ümumi yayılmış faydalı qazıntı yataqlarından istifadə edilməsinə icazələrin verilməsi nəzərdə tutulur:
“Agentliyin fəaliyyət istiqamətləri çərçivəsində 2023-cü ildə də digər işlərə qaldığı yerdən davam ediləcək. Bu sahədə hesabatlılığın təmin edilməsi, yerin təkinin mühafizəsinin təmin olunması, mineral xammal bazamızın artırılması və qorunması, qabaqcıl beynəlxalq təcrübələrin öyrənilərək ölkəmizdə tətbiq olunması üçün intensiv olaraq işlər davam etdiriləcək”. (report)
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO











