Gəncə Beynəlxalq Avtovağzal Kompleksinə I kateqoriyalı avtovağzal pasportu verilib

Sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, marşrutların təhkim edilməsində şəffaflığın təmin edilməsi məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bakı-Biləsuvar, Bakı-Qazax, Bakı-Ağcabədi, Bakı-Lənkəran, Bakı-Quba, Bakı-Qusar, Bakı-Qusar (SDK), Bakı-Xaçmaz, Bakı-Nabran, Bakı-Xudat, Bakı-Şabran, Bakı-Oğuz, Bakı-Göyçay şəhərlərarası, Mingəçevir 5 nömrəli şəhərdaxili müntəzəm avtobus marşrutları, eləcə də “Ceyranbatan qəsəbəsi-“Xocəsən” metro stansiyası-Ceyranbatan qəsəbəsi” və “Masazır qəsəbəsi-“Xocəsən” metro stansiyası-Masazır qəsəbəsi” marşrut xətləri müsabiqəyə çıxarılaraq qaliblər müəyyən edilib.
Avtosfer.az AYNA-nın yaydığı məlumata istinadən xəbər verir ki, müsabiqənin qalibləri – 21 fiziki və 8 hüquqi şəxsin hər biri ilə daşıyıcı qismində sərnişindaşıma fəaliyyətinin göstərilməsi üçün qanunamüvafiq qaydada müqavilə imzalanıb və onlara hazır sənədlər “Bakı KOB evi”ndə AYNA-nın əməkdaşları tərəfindən təqdim olunub.
Qeyd edək ki, şəhərlərarası marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir.
AYNA tərəfindən avtovağzal və avtostansiyaların fəaliyyəti üçün onların kateqoriyalarına uyğun rəsmi sənədlərin verilməsi prosesi də davam etdirilir.
“Bakı KOB evi”ndə daha bir məntəqə – Gəncə Beynəlxalq Avtovağzal Kompleksinə 1-ci kateqoriyalı avtovağzal pasportu verilib. Bununla da 33 avtovağzal və 15 avtostansiya olmaqla ölkə üzrə pasportlaşdırılan məntəqələrin sayı 48-ə çatdırılıb.
AYNA tərəfindən avtovağzal və avtostansiyalar olmayan regionlarda da məntəqələrin yaradılması və pasportlaşdırılması nəzərdə tutulub.
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!
Bu qurumda yoxlamalar aparıldı
“28 May”da avtobuslar neçə dəqiqədən bir hərəkət edir? - VİDEO
Azərbaycan XİN-dən Fransanın "səyahət xəbərdarlığı"na sərt reaksiya
Bakının daha iki küçəsində avtobus zolağı təşkil edilir - FOTO
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA












