Gəncə polisində ulu öndərin yubileyi ilə bağlı silsilə tədbirlər keçirilib - FOTO

Gəncə Şəhər Baş Polis İdarasinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı silsilə tədbirlər keçirilib.
İlk olaraq təşkil edilən yığıncaqda baş idarənin rəisi polis general-mayoru Teymur Hacıyev çıxış edərək ulu öndərin hüquq mühafizə orqanlarının fəaliyyətinə xüsusi diqqət yetirdiyini qeyd edib.
Bildirilib ki, bu gün hər bir polis əməkdaşının xidmət şəraiti, sosial təminatı yüksək səviyyədədirsə, bunu ilk növbədə ümummilli liderə, onun layiqli davamçısı Prezident İlham Əliyevə borcludur.
Tədbirdə tarixçilər də çıxış edərək Heydər Əliyevin ölkəmizdə bütün sahələrdə önəmli işlər həyata keçirdiyi, 90-cı illərin əvvəlindən etibarən Daxili İşlər Nazirliyinin təkmilləşməsi, inkişafına da öz töhfələrini verdiyi ifadə olunub. Sonda ulu öndərin həyat və yaradıcılığını əks etdirən videoçarx izlənilib.
Silsilə tədbirlər çərçivəsində baş idarənin tabeli qurumlarının əməkdaşlarından ibarət komandaların iştirakı ilə mini futbol üzrə birincilik keçirilib. Gərgin mübarizə şəraitində yarışın finalında post patrul xidməti ilə xüsusi təyinatlı bölüyün komandası üz-üzə gəlib. Həlledici oyunda birincilər qələbə qazanıblar və yekunda fəxri yer tutan kollektivlər mükafatlandırılıblar.
Son olaraq Heydər Əliyevin yubileyi münasibətilə Gəncə Şəhər Baş Polis İdarasinin rəhbərliyi ağacəkmə kampaniyasında iştirak edib. Aksiyada şəhərdə ümumilli liderin adını daşıyan parkda iqlim şəraitinə uyğun 200-ə yaxın həmişəyaşıl ting əkilərək suvarılıb.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO

















