Gəncə sakinlərindən silah və narkotik götürülüb - FOTO

Gəncə sakinlərində silah və narkotik aşkarlanıb.
DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) 2-ci Polis Şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində silsilə oğurluq hadisələri törədən Nicat Mehtiyev saxlanılıb. Şübhəli şəxsin ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində onun qanunsuz olaraq əldə edib saxladığı 1 ədəd qundağı və lüləsi kəsilmiş ov tüfəngi, 3 ədəd həmin tüfəngə məxsus 16 kalibrli patron və 1 ədəd giliz aşkar olunaraq götürülüb.
Baş İdarənin 4-cü Polis Bölməsinin əməkdaşları da qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən şəxsi saxlayıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində Elmir Vəliyevdən 1 ədəd “Kalaşnikov” markalı avtomat, həmin silaha aid bir ədəd daraq və 1 ədəd patron aşkar edilərək götürülüb.
Gəncə Şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən isə şəhər ərazisindəki avtomobilə qanunsuz olaraq daxil olub, oğruluq törətməkdə şübhəli bilinən Ruslan Qasımov və İlqar Əliyev saxlanılaraq maddi sübutla birlikdə istintaqa təhvil verib.
Bundan başqa Gəncə Şəhər Baş Polis İdarəsi və onun tabeli qurumlarının əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən 10-yaxın şəxs saxlanılıb. Üzrələrindən “marixuana” “heroin”, “tiryək” və “metamfetamin” aşkarlanan həmin şəxslər istintaqa təhvil verilib. Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Bakıda bu ərazilərdə evlər KƏSKİN UCUZLAŞDI
Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı MƏLUM OLDU
Ali məktəblərə qəbulun nəticələri AÇIQLANDI
Bakıda bu küçədən 2 ildir niyə avtobus keçmir? - Sakinlər şikayət edir - VİDEO
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - VİDEO - YENİLƏNİB
Xalq artisti Tofiq Bakıxanov VƏFAT EDİB
Briliant Dadaşova qaydaları pozdu: Kəməri taxmır, gözü də telefonda qalıb - VİDEO
Sahibkarlara vaxt verildi: Məhsulların etiketləri yeni tələblərə uyğunlaşdırılacaq - VİDEO
Kamçatkada köməksiz qalan azərbaycanlı aparıcıdan XƏBƏR VAR - FOTO
Aİ-də yanacaq qiymətləri kəskin artdı: 27 ölkədən 25-də bahalaşma
Bakı Metropolitenindən bloqerin şikayətinə cavab - “Xətdən qatar çıxarılmayıb” - VİDEO













