Gəncə şəhərinin mərkəzi küçələrində yollar qəzalı vəziyyətdədir - FOTO

Gəncə şəhərinin mərkəzi küçələrində asfalt örtüyü sıradan çıxıb.
Bu barədə oxu.az-a Gəncə sakinləri məlumat veriblər. Sakinlərin sözlərinə görə, hərəkətin intensiv olduğu Təbriz, Süleyman Rüstəm, Nizami Gəncəvi və Azərbaycan Bayrağı küçələrinin kəsişməsində yollar qəzalı vəziyyətə çatıb. Adıçəkilən küçələrdən sakinlərin göndərdikləri fotoları təqdim edirik:
Gəncə şəhəri, Təbriz küçəsi
Gəncə şəhəri, Süleyman Rüstəm küçəsi
Gəncə şəhəri, Nizami Gəncəvi küçəsi ilə Azərbaycan Bayrağı küçəsinin kəsişməsi
Görüntülərlə əlaqədar Gəncə Şəhər İcra Hakimiyyətindən bildirilib ki, Gəncə şəhərində “Açıq Kommunal İnfrastruktur Proqramı II” layihəsi icra olunur. Hazırda sözügedən layihə çərçivəsində Gəncə şəhərinin Təbriz küçəsi və onun döngələrində içməli su və çirkab su xətləri yenilənməkdədir.
"Avtomobillərin rahat hərəkətini təmin etmək üçün Təbriz küçəsinin qazıntı işləri aparılmış hissələrinə çəkilən asfalt örtüyü müvəqqəti xarakter daşıyır. İşlər tam yekunlaşdıqdan sonra küçənin asfalt örtüyü tam bərpa olunacaqdır.
Gəncə şəhərinin Azərbaycan bayrağı küçəsi ilə Nizami Gəncəvi prospektinin kəsişməsində Dövlət Yol Polisi İdarəsinin “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsi tərəfindən yeni işıqfor quraşdırılıb. Sözügedən ərazidə yolun qazılan hissəsi “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsi tərəfindən bərpa ediləcəkdir.
Gəncə şəhərinin Süleyman Rüstəmov və Tofiq Bayramov küçələri boyunca Gülüstan yaşayış massivinədək yeni dairəvi yolun çəkilməsi nəzərdə tutulur. Yaxın zamanda sözügedən ərazilərdə yol infrastrukturunun yenilənməsi həyata keçiriləcəkdir" - deyə, İcra Hakimiyyətinin açıqlamasında qeyd olunub.
Bakıda bu ərazilərdə evlər KƏSKİN UCUZLAŞDI
Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı MƏLUM OLDU
Ali məktəblərə qəbulun nəticələri AÇIQLANDI
Bakıda bu küçədən 2 ildir niyə avtobus keçmir? - Sakinlər şikayət edir - VİDEO
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - VİDEO - YENİLƏNİB
Xalq artisti Tofiq Bakıxanov VƏFAT EDİB
Briliant Dadaşova qaydaları pozdu: Kəməri taxmır, gözü də telefonda qalıb - VİDEO
Sahibkarlara vaxt verildi: Məhsulların etiketləri yeni tələblərə uyğunlaşdırılacaq - VİDEO
Kamçatkada köməksiz qalan azərbaycanlı aparıcıdan XƏBƏR VAR - FOTO
Aİ-də yanacaq qiymətləri kəskin artdı: 27 ölkədən 25-də bahalaşma
Bakı Metropolitenindən bloqerin şikayətinə cavab - “Xətdən qatar çıxarılmayıb” - VİDEO










