Gəncədə Filarmoniyanın qarşısındakı qanunsuz tikili söküldü - FOTO

Gəncə Dövlət Filarmoniyasının Kamera zalının ərazisində qanunsuz tikintilərin qarşısı alınıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti məlumat yayıb.
Bildirilib ki, Gəncə şəhəri, Mirzə Abbas Abbaszadə küçəsi 91 ünvanında yerləşən, ölkə əhəmiyyətli memarlıq abidəsi kimi dövlət mühafizəsinə götürülmüş Gəncə Dövlət Filarmoniyasının Kamera zalının (Alban məbədi) mühafizə zonasında qanunsuz tikinti işlərinin aparılması faktı qeydə alınıb.
Bir müddət əvvəl abidənin ətrafı dəmir materialdan hazırlanmış hasarla əhatə olunmuş, görülən tədbirlər nəticəsində həmin hasar sökülmüşdü. Lakin ötən gün mühafizə zonasında mişar daşından yeni hasarın tikilməsinə cəhd göstərilib. Bu gün səhər saatlarında qanunsuz tikinti sökülüb, işləri aparan şəxslərə isə xəbərdarlıq edilib. Diqqətə çatdırılıb ki, abidələrin qorunması ilə bağlı qanunvericiliyin pozulması cinayət, inzibati, intizam və mülki məsuliyyət yaradır.
Abidənin mühafizəsinin təmin olunması, onun orijinallığının və tarixi dəyərinin qorunması istiqamətində birgə tədbirlərin görülməsi üçün aidiyyəti dövlət orqanlarına müraciət olunub.


Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












