Gəncədə qadını şantaj edən şəxs saxlanılıb - FOTO

Gəncə Şəhər Baş Polis İdarəsin və onun tabeli qurumlarının əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində şantaj yolu ilə pul tələb edən, qanunsuz olaraq odlu silah və narkotik saxlayan şəxslər saxlanılıb.
Avtosfer.az-ın xəbərinə görə, Baş İdarənin 2-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini olan qadına məxsus fotoları sosial şəbəkələrdə paylaşacağı ilə hədələyərək ondan 2350 manat pul alan Yardımlı rayon sakini Alim Canəliyəv saxlanılıb.
Qeyd edilib ki, polis əməkdaşları A. Canəliyevi zərərçəkən xanımdan “sonuncu dəfə” 5000 manat almaq üçün Gəncə şəhərinə gələn zaman saxlayıb.
Şöbə əməkdaşlarının keçirdikləri digər müvafiq tədbirlər nəticəsində isə qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən Osman Mərdanov saxlanılıb. Şübhəli şəxsin əlindəki torbadan 1 ədəd lüləsi və qundağı kəsilmiş tüfəng və həmin silaha aid olan patronlar aşkar edilərək götürülüb.
Bundan başqa, Baş Polis İdarəsi və onun tabeli qurumlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən şəxslər də saxlanılıb. Üzərlərindən “metamfetamin” “heroin” və digər narkotik maddələr aşkarlanan şəxslər barəsində araşdırmalar davam etdirilir.
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!














