Gəncədə qanunsuz odlu silah saxlayan şəxs saxlanılıb - FOTO

Gəncə Şəhər Baş Polis İdarəsi (ŞBPİ) Narkotiklərlə Mübarizə Bölməsinin keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah saxlamaqda və gəzdirməkdə şübhəli bilinərək saxlanılan Fərahim Verdiyevin ətrafında davam etdirilən əməliyyat tədbirləri nəticəsində şübhəli şəxsin tanışı, hazırda oğurluq cinayəti törətdiyinə görə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə olan Zaur Heydərzadənin də odlu silah gizlətməsi məlum olub.
Avtosfer.az-ın məlumatına görə, Z. Heydərzadə dərhal Baş Polis İdarəsinin əməkdaşları tərəfindən istintaqa cəlb olunub və o, ifadəsində vəfat etmiş dostundan odlu silah almasını və onu şəhər ərazisində gizlətməsini etiraf edib. Sözügedən əraziyə baxış keçirilən zaman oradan 1 ədəd “Kalaşnikov” markalı avtomat və həmin silaha aid 1 ədəd daraq aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO















