Gəncədə xəstəxanaya hücum edən Vətən müharibəsi iştirakçısı saxlanılıb

Gəncədə xuliqanlıq edən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Oxan Mustafayev gecə saatlarında nənəsinə tibbi yardım üçün çağırışa gəlmiş Gəncə şəhər Təcili Tibbi Yardım Stansiyasının (TTYS) əməkdaşı ilə heç bir əsas olmadan mübahisə edərək onun sifət nahiyəsinə yumruqla zərbələr vurub.
“O, müxtəlif xəsarətlər yetirdikdən sonra TTYS-nın inzibati binasına gələrək, nalayiq ifadələr işlətməklə səs-küy salmış, şəxslər üzərində zor tətbiq etmək hədəsi ilə üzərində gəzdirdiyi bıçaqla stansiyada qeydiyyatçı işləyən xanımı itələyib, əlində olan bıçaqla onu öldürməklə hədələyib, bıçaqdan silah qismində istifadə etməklə qərəzli xuliqanlıq hərəkətləri edib”, - Eşqin Qasımov deyib.
Baş inspektor Orxan Mustafayevin saxlanıldığını, onun barəsində Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 221.3 (Xuliqanlıq) maddəsi ilə cinayət işinin başlandığını, araşdırmaların davam etdirildiyini vurğulayıb.
Qeyd edək ki, Orxan Mustafayev Vətən müharibəsi iştirakçısıdır.
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq












