General “Tərtər işi”nə görə hakim qarşısına çıxarılır

“Tərtər işi” ilə bağlı ittiham olunan general-mayor Bəkir Orucov, İntiqam Məmmədov, Rahib Məmmədov, Ziya Kazımov və Ülvi Rəşidov hakim qarşısına çıxarılır.
İşə Bakı Hərbi Məhkəməsində baxılacaq.
Cinayət işi hakim Zeynal Ağayevin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı açıqlanmayıb. 63 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.
Qeyd edək ki, Zeynal Ağayev Bakı Hərbi Məhkəməsinə yeni sədr təyin edilib. O, daha öncə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olub.
Xatırladaq ki, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən B.Orucov bu ilin sentyabrında saxlanılıb və cinayət məsuliyyətinə cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilib.
Adıçəkilən şəxslər cinayət işinin istintaqı zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verməsi, onları qanunsuz azadlıqdan məhrum etməsi və digər cinayət əməllərində ittiham olunurlar. (qafqazinfo)
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO











