Gömrük Komitəsində diplomu təsdiqlənməyən şəxslərin işdən çıxarılması iddiasına CAVAB

Dövlət Gömrük Komitəsi kadr islahatları ilə bağlı yayılan iddialara aydınlıq gətirib.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Bir sıra kütləvi informasiya vasitələrində Dövlət Gömrük Komitəsinin rəhbərliyi tərəfindən gömrük əməkdaşlarının diplomlarının araşdırılması ilə bağlı xüsusi göstəriş verildiyinə və xeyli sayda şəxsin diplomunun təsdiqlənməməsinə dair yayılan məlumatlar həqiqətə uyğun deyil: “Bildiririk ki, işə qəbul zamanı, həmçinin gömrük orqanlarında xidmət dövrlərində mütəmadi olaraq insan resurslarının idarəedilməsi ilə bağlı sənədlərin öyrənilməsi həyata keçirilir və qanunazid hallar aşkar edildikdə, müvafiq tədbirlər görülür”.
***
Dövlət Gömrük Komitəsində (DGK) diplomlarla bağlı araşdırma aparılır.
DGK sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən gömrük xidməti general-leytenantı Şahin Bağırov bununla bağlı göstəriş verib.
Artıq ilkin nəticələr də məlum olub. Belə ki, gömrük sahəsində çalışan xeyli sayda vəzifəli və rütbəli şəxsin diplomunun təsdiqlənməməsi faktı aşkarlanıb.
O da aydın olub ki, DGK-nın bəzi rütbəli şəxsləri xarici ölkələrdəki ali məktəblərə adlarını yazdırsalar da, həmin ölkələrə getmədən “təhsil” alıblar. Bu kimi hallar müəyyən edilən şəxslər işdən azad olunurlar və bəzilərinin barəsində araşdırma aparılır. (“Qaynarinfo”)
Azərbaycanlı avtoritet Soçidə saxlanıldı, polis məntəqəsində öldü - FOTO
Bakının beş küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq - SİYAHI
Anar Bayramov bu xanımı işdən AZAD ETDİ
Onlar yüksək vəzifəyə TƏYİN OLUNDULAR - FOTO
Bu küçədə mobillil zolağı təşkil olunacaq - EKSPERT
Özəl parklanma məntəqələrində qiymətlər artırılıb? - VİDEO
Maskası cırılan “David Seliverstov” dastanı bitmir – Həbsdəki generalın yaxınlarından aldığı 90 min dolların SİRLƏRİ AÇILIR
Bakını bu küçəsində nəqliyyatın hərəkəti müvəqqəti MƏHDUDLAŞDIRILACAQ
Bakıda üç yol ötürücüsü müvəqqəti bağlanacaq - TARİX AÇIQLANDI
Səfurə İsayeva yüksək vəzifəyə TƏYİN OLUNDU - FOTO
Tanınmış aktrisa “Kontakt”dan şikayətləndi: "Ələ salındım" - VİDEO










