Gömrük Komitəsinin baş inspektoru və biznesmenə cinayət işi açıldı

Bakıda vəzifə səlahiyyətlərindən sui-istifadə edənlərə qarşı cinayət işi açılıb.
Yusif Niftəliyev və Elməddin Abutalıbov barəsində Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsilə ititham elan olunub. Y. Niftəliyev “Starexpress” şirkətində direktor, həmçinin “Nbroker” şirkətində təsisçi və direktoru vəzifəsindədir. E. Abutalıbov isə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin baş inspektorudur.
Məlumata əsasən, onlar əlbir olaraq, bir neçə şəxsi rəsmi təsdiqlənmədiyi halda şirkətdə işləyirmiş kimi qeydiyyata alaraq, işləmədikləri halda adlarına əmək kitabçası açıblar. Sonra isə həmin 5 nəfərin adına banklardan birindən ümumilikdə 28 min 185 manat kredit götürüblər. İstintaq dövründə banka dəyən ziyandan 5443 manat ödənilib.
Hazırda hər iki şəxs barəsində məhkəmə istintaqı davam edir. Onların barəsində başqa yerə getməmək haqqında iltizam tədbiri seçilib. (lent.az)
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












