Göyçayda narkotikə görə 3 nəfər saxlanılıb - VİDEO

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a bildirilib ki, əldə edilən əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı keçmiş məhkum Mətləb Abdullayev şübhəli şəxs qismində tutulub.
Onun üzərinə və istifadəsində olan avtomobilə baxış keçirilərkən heroin aşkarlanaraq götürülüb.
Davam etdirilən tədbirlərlə M.Abdullayevin yaşadığı ünvana da baxış keçirilib və oradan da narkotik vasitə olan heroin aşkar edilərək maddi sübut kimi istintaqa təqdim olunub.
Şöbə əməkdaşları tərəfindən keçirilən digər əməliyyat-axtarış tədbirləri nəticəsində isə daha 2 nəfər rayon sakini - Ağabala və Sadiq Əliyevlər tutulub. Şəxsi axtarış zamanı onlardan güclü təsiredici narkotik vasitə - heroin aşkarlanıb.
Faktlarla bağlı rayon polis şöbəsində cinayət işləri başlanılıb və saxlanılanların hər üçü təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunublar.
“Lufthansa” aviaşirkətinin Dehliyə uçan təyyarəsi Bakıda eniş edib
Sentyabrın 1-dən ÖDƏNİŞLİ OLACAQ – YENİ QAYDA
Bulvara gedən yoldakı eskalatordan hansı qurum məsuldur? - VİDEO
Dələduzluqda təqsirləndirilən şəxs Azərbaycana GƏTİRİLDİ
Xırdalanda gəlin qayınanasını döydü - SƏBƏB
Azərbaycanda futbolçu HƏBS OLUNDU
İlham Əliyevdən "Formula-1"lə bağlı SƏRƏNCAM
Bakıda bu ərazilərdə evlər KƏSKİN UCUZLAŞDI
Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı MƏLUM OLDU
Ali məktəblərə qəbulun nəticələri AÇIQLANDI
Bakıda bu küçədən 2 ildir niyə avtobus keçmir? - Sakinlər şikayət edir - VİDEO










