Göyçayda silahlı narkokuryerlər saxlanılıb - FOTO - VİDEO
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən üzərlərində qanunsuz odlu silah-sursat, eləcə də narkotik vasitələr saxlayan şəxslərə qarşı əməliyyatlar həyata keçirilib, silahlı narkokuryerlər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, şöbəyə daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı Bərdə rayon sakinləri - Elvin Qaraşov və Rahib Babayev saxlanılıb.
Rahib Babayevin üzərində olan sellofan torbaya baxış keçirilərkən 2 kiloqram 165 qram qurudulmuş marixuana, 1 kiloqrama yaxın tiryək, 325 qram heroin, 97 qram metamfetamin, 1000 ədəd psixotrop tərkibli həblər, eləcə də “Baredda” markalı tapança, həmin silaha məxsus sandıqça və 4 ədəd patron aşkar edilərək götürülüb. Araşdırma zamanı saxlanılan şəxslərin narkotik vasitələri və odlu silahı “Instagram” sosial şəbəkəsində tanış olduqları, şəxsiyyəti istintaqla araşdırılan xarici ölkə vətəndaşından onlayn yolla aldıqları məlum olub. Belə ki, Elvin Qaraşova məxsus “Mercedes” markalı avtomobillə Bərdədən Göyçaya gələn tanışlar əvvəlcədən deyilən ərazidən narkotik vasitələri götürüb getmək istəyərkən polis əməkdaşları tərəfindən yaxalanıblar.
Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb, Elvin Qaraşov və Rahib Babayev təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunublar.
“Lufthansa” aviaşirkətinin Dehliyə uçan təyyarəsi Bakıda eniş edib
Sentyabrın 1-dən ÖDƏNİŞLİ OLACAQ – YENİ QAYDA
Bulvara gedən yoldakı eskalatordan hansı qurum məsuldur? - VİDEO
Dələduzluqda təqsirləndirilən şəxs Azərbaycana GƏTİRİLDİ
Xırdalanda gəlin qayınanasını döydü - SƏBƏB
Azərbaycanda futbolçu HƏBS OLUNDU
İlham Əliyevdən "Formula-1"lə bağlı SƏRƏNCAM
Bakıda bu ərazilərdə evlər KƏSKİN UCUZLAŞDI
Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı MƏLUM OLDU
Ali məktəblərə qəbulun nəticələri AÇIQLANDI
Bakıda bu küçədən 2 ildir niyə avtobus keçmir? - Sakinlər şikayət edir - VİDEO










