Göyərtəsində 1060 nəfərin olduğu II Dünya Müharibəsində batırılmış gəminin qalıqları tapılıb

İkinci Dünya Müharibəsi zamanı ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən batırılan Yaponiyanın "Montevideo Maru" gəmisi tapılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Avstraliyanın Baş naziri Entoni Albanese "Twitter"də bildirib.
Baş nazirinin sözlərinə görə, gəminin göyərtəsində mindən çox əsirin qalıqları da aşkar edilib: "Nəhayət, Montevideo Marudan olan itirilmiş ruhların dəfn olunduğu yer tapıldı. Təyyarədəki 1060 məhbus arasında 850 avstraliyalı əsgər də var idi - onların həyatı yarımçıq qaldı. Ümid edirik ki, bugünkü xəbərlər uzun müddət gözləyən yaxınlarımıza bir qədər rahatlıq gətirəcək", - Baş nazir paylaşımında qeyd edib.
Qeyd edək ki, Yaponiyanın "SS Montevideo Maru" nəqliyyat gəmisi 1 iyul 1942-ci ildə Filippin sahillərində təxminən 979 avstraliyalı əsgər və mülki şəxslə birlikdə batıb. Gəmi Rabaulda əsir götürülmüş hərbi əsirləri və mülki insanları daşıdığını bilməyən Amerika sualtı qayığı tərəfindən torpedalanıb.
Nəticədə ümumilikdə, 14 ölkədən 850 hərbçi və 210 mülki şəxs olmaqla, 1060-a yaxın əsir itkin düşüb.
Qəzanın yeri indiyədək sirr olaraq qalırdı. Gəmi Cənubi Çin dənizində qeyri-kommersiya fondu "Silentworld"un dərin dəniz tədqiqatı mütəxəssisləri və Müdafiə Nazirliyinin dəstəyi ilə 12 günlük axtarışdan sonra tapılıb.
Bildirilib ki, heç bir insan qalıqları və ya artefakt çıxarılmayacaq. “Titanik”in batdığı yerdən daha dərində yerləşən yer tədqiqat məqsədi ilə qeydə alınacaq.
apa
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO












