Göygöldə dağ yollarında nəqliyyatın hərəkətində problem yarandı - FOTO

Göygöl rayonunda şaxtalı və qarlı hava səbəbindən yaranan fəsadların aradan qaldırılması istiqamətində aidiyyatı qurumlar tərəfindən tədbirlər görülür.
Qarlı və yağıntılı hava şəraiti ilə bağlı şəhərin Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin canlı qüvvə və texnikaları tərəfindən yolların, eləcə də piyada səkilərinin qardan təmizlənməsi işləri davam etdirilir.
Qarlı və şaxtalı havanın hökm sürməsinə baxmayaraq, görülən qabaqlayıcı tədbirlər nəticəsində nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz hərəkəti təmin edilməsi üçün Göygöl şəhərində və Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunda tədbirlər həyata keçirilir.
Qum və duzdan istifadə olunmaql bütün yollar və piyada səkiləri buzdan operativ şəkildə təmizlənir.
Hava şəraitinin gecə saatlarında daha da şaxtalı olması, yolların buz bağlaması nəzərə alınaraq müxtəlif təyinatlı texnikalar vasitəsilə növbəlilik əsasında yollara qum-duz qarışığı səpilməsi üçün xüsusi tapşırıqlar verilib. (report)
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI













