Güclü külək əsəcək, dolu düşəcək - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında iyulun 24-ü səhərdən 26-sı səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, 24-ü axşamdan 25-i səhərədək yarımadanın bəzi yerlərində arabir 28 -30 m/s-dək güclənəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Avtosfer.az-a verilən xəbərə görə, havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enərək, 25-i gündüz saatlarında 25-28 dərəcə isti olacaq.
İyulun 24-ü axşamdan 26-sı axşamadək əsasən dağlıq və dağətəyi ərazilərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Qərb küləyi arabir 15-20 m/s, bəzi yerlərdə arabir 25-30 m/s-dək güclənəcək.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












