İsmayıllıda 240 heyvanı SEL APARDI - İnsanlar belə xilas edildi - ANBAAN VİDEO - VİDEO - FOTO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə İsmayıllı rayonu, Mollaisaqlı kəndində çaya sel gəlməsi səbəbindən vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN-in Mətbuat xidmətindən verilən məlumata görə, daxil olan məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, intensiv yağan yağışlar nəticəsində çaya sel gəlməsi səbəbindən Mollaisaqlı kəndində vətəndaşlar təhlükəli vəziyyətdə qalıb.
Xilasedicilər xilasetmə vasitələrindən istifadə etməklə təhlükəli vəziyyətdə qalan vətəndaşlar, 1978-ci il təvəllüdlü Şirinov Raqif Elman oğlu, 1981-ci il təvəllüdlü Bağıyev Cəlil Ağasif oğlu, 1981-ci il təvəllüdlü Bağıyev Etiram Niyazi oğlu və 1980-ci il təvəllüdlü Şirinov Abuzər Qurban oğlunu sel gəlmiş ərazidən keçirərək təhlükəsiz əraziyə təxliyə ediblər.
***
Güclü leysan yağışları İsmayıllı rayonunun Mollaisaqlı kəndində fəsadlar törədib.
Yağan güclü yağış nəticəsində evlərə və təsərrüfatlara ciddi ziyan dəyib, xırda buynuzlu heyvanları sel aparıb, həyətyani sahələrdə əkilən təsərrüfata ciddi ziyan dəyib. İlkin məlumatlara əsasən, bir çox texnika əraziyə cəlb olunub. Hazırda kəndin işıq, qaz, su təchizatı dayandırılıb. Yağış davam edir, kəndə giriş məhdudlaşıb.
İlkin məlumatlara əsasən, 90 başa yaxın iri buynuzlu mal qara və 150 başdan çox xırda buynuzlu heyvanı sel suları aparıb. Sel nəticəsində, kəndin içməli su təchizatı və digər sahələrinə də ciddi ziyan dəyib. (apa)
Sərnişin avtobusu qapısı açıq idarə olunub - VİDEO
Polis polkovnik leytenantı rəis TƏYİN EDİLDİ
Bakıda çimərlikdə qadınları çəkib “TikTok”da yayımladı - Onları hansı cəza gözləyir? - VİDEO
Bakıda kabab evində at DNT-si aşkarlanıb - FOTO
Onlayn kazino şəbəkəsinin rəhbəri saxlanılaraq Azərbaycana gətirildi - VİDEO
Azərbaycanda bəzi qurum və təşkilatların istifadəçi hesablarına kiberhücum cəhdləri qeydə alınıb
Bakının 30 yol sahəsində təmir işləri YEKUNLAŞDIRILIB
Bakının hansı rayonlarında kirayə ev tutmaq baha başa gələcək? - VİDEO
Sərhəd buraxılış məntəqələrində gözləyən yük maşınlarının sayı AÇIQLANDI
Bakıxanovda məhəllənin ortasında yanğın baş verib - VİDEO
Kamran Əliyev həmin polkovniki qəbul etdi - İcra başçısı həbs edilə bilər? - FOTO










