Güclü qar Kanadanın qərbində nəqliyyatın hərəkətini dayandırıb
Güclü qar Kanadada yüzlərlə aviareysin təxirə salınmasına və gecikməsinə, həmçinin Britaniya Kolumbiyası Sakit okean əyalətində bərə xidmətinin qismən bağlanmasına səbəb olub.
Avtosfer.az xəbər verir ki, bu barədə çərşənbə axşamı CTV telekanalı məlumat yayıb.
Milli Meteoroloji Büronun məlumatına görə, bölgənin cənub hissəsində gecə ərzində bəzi yerlərdə 25 sm-ə qədər qar yağıb, bu, əyalətin həmin hissəsində dekabr ayı üçün aylıq yağıntı normasından demək olar, iki dəfə çoxdur.
Bölgənin ən böyük şəhəri olan Vankuver Beynəlxalq Hava Limanında əlverişsiz hava şəraiti səbəbindən yüzlərlə reys ləğv edilib və təxirə salınıb. Britaniya Kolumbiyasının cənubundakı digər şəhərlərin hava limanlarında da vəziyyət oxşardır.
Bərə operatoru “BC Ferries” Vankuver adası ərazisində demək olar, bütün reyslərin ləğv edildiyini açıqlayıb. Çoxsaylı avtobus marşrutlarının ləğv edildiyi bildirilir.
"Report"
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO












