Günəş enerjisi ilə işləyən avtomobildən dünya rekordu

Avstraliyanın Yeni Cənubi Uels Universitetinin texniki qrupu tərəfindən yaradılan, günəş enerjisi ilə işləyən “Sunswift 7” avtomobili 12 saat ərzində 1000 kilometr məsafəni qət edərək, yeni dünya rekorduna imza atıb.
Avtosfer.az xəbər verir ki, avtomobil 1000 kilometr məsafəni 11 saat, 53 dəqiqə və 32 saniyəyə qət edib. Bu da orta hesabla saatda təxminən 85 kilometr sürətə bərabərdir. Eyni zamanda, 100 kilometrə enerji sərfiyyatı cəmi 2,8 kilovat-saat təşkil edib. Bu nailiyyət aerodinamika və səmərəlilik sahələrində aparılan bir sıra tədqiqatlar və onların nəticələrinin innovativ mühəndis həlləri formasında həyata keçirilməsi nəticəsində mümkün olub.
Mütəxəssislər indi telemetriya məlumatlarını və rekordun rəsmi tanınması və müvafiq sertifikatın əldə edilməsi üçün tələb olunan bütün digər əlavə məlumatları Ginnesin Rekordlar Kitabı komitəsinə təqdim ediblər.
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO












