Gürcüstan bu gündən rusiyalı kişilər üçün sərhədi bağlamağı planlaşdırır

Gürcüstan hökuməti ölkəyə daxil olmaq istəyən rusiyalıların böyük axını ilə əlaqədar Rusiyadan olan kişilər üçün bu gündən sərhədləri bağlaya bilər.
Bu barədə Ukraynanın “FreeDom” telekanalının efirində Gürcüstanın müxalif “Vahid Milli Hərəkat” Partiyasından deputat Nona Mamulaşvili bildirib.
“Gürcüstan hökuməti rusiyalıların Gürcüstana bu kütləvi axınını dayandırmaq üçün indiyədək heç nə etməyib. Bizə izah etdiklərinə görə, bazar ertəsi (26 sentyabr – red.) sərhədləri bağlayacaqlar. Bu, onların indiki mərhələdə edə bildikləri yeganə şeydir”, - deyə parlamentari izah edib.
Onun sözlərinə görə, ölkəyə giriş qadağası ilk növbədə 18 yaşdan 55 yaşa qədər kişiləri əhatə edə bilər.
Mamulaşvili onu da vurğulayıb ki, Gürcüstan hökumətindən hələlik heç bir rəsmi açıqlama daxil olmayıb.
oxu.az
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA











