Gürcüstan sərhədi yaxınlığında zirehli texnika yerləşdirilməsinə Rusiya tərəfindən açıqlama - VİDEO

Gürcüstan sərhədi yaxınlığında zirehli texnikaların hərəkəti müşahidə olunub.
Rusiya Federal Təhlükəsizlik Xidmətindən bu barədə açıqlama verilib.
Bildirilib ki, Yuxarı Lars nəzarət-buraxılış məntəqəsinə zirehli transportyorun yerləşdirilməsi blokpost məqsədi daşımır.
“Yuxarı Lars keçid-buraxılış məntəqəsində blokpostun yaradılması haqqında məlumat saxtadır. Zirehli transportyorun oraya yerləşdirilməsi keçid məntəqəsi qurmaq məqsədi daşımır. Kobud desək, bu, hər ehtimala qarşı rezerv rolunu oynayır. Ehtiyatda olan hərbçilər keçid məntəqəsini yarmaq və heç bir sərhəd rəsmiləşdirməsi olmadan ölkəni tərk etmək istəyərlərsə, bunun qarşısının alınması üçün yerləşdirilir. Ancaq bu məqsədlə. Heç bir blokpostun qoyulmasından söhbət getmir”, - deyə qurumun nümayəndəsi vurğulayıb.
Qurumdan həmçinin bildirilib ki, hazırda keçid-buraxılış məntəqəsi normal rejimdə işləyir. Hərbi yaşda olan kişi vətəndaşların çıxışına da heç bir məhdudiyyət qoyulmayıb.
oxu.az
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA












