Gürcüstan vətəndaşı dövlət sərhədini pozmağa cəhd göstərdi - FOTO

Xəbərlər 25 Mart 2023 12:23 Oxunub 602
Gürcüstan vətəndaşı dövlət sərhədini pozmağa cəhd göstərdi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Mart ayının 24-də saat 21:45-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının Qazax rayonunun İkinci Şıxlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Gürcüstan Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 1 nəfər Gürcüstan Respublikası vətəndaşı saxlanılıb.

Bu barədə Avtosfer.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Araşdırma zamanı saxlanılan şəxsin 1981-ci il təvəllüdlü Qəhrəmanov Vidadi Ayaz oğlu olduğu müəyyən edilib.

Fakt üzrə əməliyyat-istintaq tədbiri davam etdirilir.

Gürcüstan vətəndaşı dövlət sərhədini pozmağa cəhd göstərdi - FOTO

ŞƏRH YAZ
Ad

E-mail

Şərh