Gürcüstanda dronlardan istifadə sərtləşdirilir

Gürcüstan Mülki Aviasiya Agentliyi özəl biznes sahiblərinə və dövlət qurumlarına pilotsuz aparatların və dronların uçuşunu qadağan etmək hüququ verib.
Pilotsuz uçuş aparatları sistemlərinin istismarı qaydalarına edilən dəyişikliyə əsasən, Mülki Aviasiya Agentliyi mülkiyyətçi, dövlət və ya yerli hakimiyyət orqanları müraciət edəcəyi təqdirdə onlara birdəfəlik, ya da müəyyən müddətə xüsusi obyektlər üzərində pilotsuz uçuşları qadağan etmək hüququnu verir.
“Söhbət hərbi aerodromlar, külək stansiyaları, hərbi təlim zonaları, hərbi təyinatlı obyektlər, zavodlar, polis və dövlət təhlükəsizliyi obyektləri, cəzaçəkmə müəssisələri, limanlar və dövlət qurumları üzərində dronların uçuşunun qadağan edilməsinin mümkünlüyündən gedir”, - deyə qaydalarda bildirilib.
Bundan əlavə, milli parklar, hava limanları, yaşayış zonaları, üzgüçülük hovuzları və özəl çimərliklər, xəstəxanalar və digər bu qəbildən obyektlər üzərində də dronların uçuşu qadağan edilə bilər.
Məhdudiyyətlər həmçinin yollara, göllərə, su anbarlarına, dəmir yolu xətlərinə və stansiyalarına, digər strateji obyektlərə, o cümlədən diplomatik nümayəndəliklərə və beynəlxalq təşkilatların qərargahlarına şamil oluna bilər.
oxu.az
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












