Gürcüstandan Rusiyaya birbaşa uçuşlara start verilir

Gürcüstanın milli aviadaşıyıcısı “Georgian Airways” mayın 20-dən həftənin yeddi günü Rusiyaya uçuşlar həyata keçirmək üçün icazə alıb.
Bu barədə çərşənbə axşamı Gürcüstanın Mülki Aviasiya Agentliyi məlumat yayıb.
“Georgian Airways Tbilisi-Moskva-Tbilisi istiqamətində müntəzəm uçuşlar həyata keçirməyə başlayır. Aviaşirkətin Mülki Aviasiya Agentliyinə təqdim etdiyi uçuş cədvəlinə uyğun olaraq, mayın 20-dən etibarən uçuşlar həftədə yeddi dəfə tezliyi ilə həyata keçiriləcək”, - məlumatda deyilir.
Qeyd edək ki, “Georgian Airways” Gürcüstan və Rusiya arasında uçuşlar həyata keçirməyə icazə alan ikinci aviaşirkət olub. Bazar ertəsi məlum olub ki, Gürcüstanın aviasiya hakimiyyət orqanları Rusiyanın “Azimut” aviaşirkətinə Moskva-Tbilisi-Moskva marşrutu üzrə uçuşlar həyata keçirmək üçün icazə verib. İlk uçuş mayın 19-da baş tutacaq.
Xatırladaq ki, mayın 10-da Rusiya prezidenti Vladimir Putin mayın 15-dən Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvi haqqında fərman imzalayıb. Digər fərmanla o, 2019-cu ildən qüvvədə olan Rusiya aviaşirkətlərinin Gürcüstana uçuşlarına və bu ölkəyə turların satışına qoyulanı qadağanı ləğv edib. Prezident Salome Zurabişvili Rusiya tərəfinin qəbul etdiyi qərarları təxribat adlandırıb, xarici işlər naziri İlya Darçiaşvili isə Gürcüstan vətəndaşlarının Rusiyaya vizasız gediş-gəlişi və birbaşa uçuşların mümkünlüyünü alqışlayıb.
Məlumat üçün bildirək ki, Gürcüstanla viza rejimi Rusiya hakimiyyətinin qərarı ilə 2000-ci ildə tətbiq edilib. Eyni zamanda, Gürcüstan 2012-ci ildən rusiyalılar üçün vizaları ləğv edib. Gürcüstan qanunvericiliyinə görə, Rusiya vətəndaşları ölkəyə vizasız səfər edə və respublikada bir ilədək qala bilərlər. İki ölkə arasında diplomatik əlaqələr 2008-ci ildə Rusiyanın Abxaziya və Cənubi Osetiyanı tanımasından sonra Tbilisi tərəfindən kəsilib.
oxu.az
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!












