Gürcüstanla Rusiya arasında aviasreyslərin şərtləri açıqlanıb

Gürcüstanın hər üç beynəlxalq hava limanına uçuşlar yalnız sanksiyalar siyahısında olmayan aviaşirkətlər və təyyarələr vasitəsilə həyata keçiriləcək.
Avtosfer.az xəbər verir ki, bu barədə Gürcüstanın Hava Limanları İttifaqının bəyanatında bildirilib.
“Qərar Gürcüstanın hər üç beynəlxalq hava limanına - Şota Rustaveli adına Tbilisi Beynəxlalq Hava Limanı, David Aqmaşenebeli adına Kutaisi Beynəlxalq Hava Limanı və Aleksander Kartveli adına Batumi Beynəlxalq Hava Limanına şamil olunur. Hava limanlarına uçuşlar yalnız sanksiyalara məruz qalmayan aviaşirkətlər və təyyarələr vasitəsilə həyata keçiriləcək. Beynəlxalq hava limanlarının hər hansı birində fərqli yanaşma olmayacaq”, - bəyanatda qeyd edilib.
Xatırladaq ki, bir sıra hava yolu şirkətləri Gürcüstan və Rusiya arasında müntəzəm birbaşa uçuşlar həyata keçirmək məqsədilə Gürcüstanın Mülki Aviasiya Agentliyinə (MAA) müraciət edib.
apa
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












