“Güvən 2012” şirkətindən Ramil Aslanovun rekord qıran videosu ilə bağlı GÖMRÜKDƏN AÇIQLAMA

Dövlət Gömrük Komitəsi, "Şahin Bağırov, islahat budur?!" deyilən görüntülər və iddialar ilə bağlı məlumat yayaraq bildirib: “Güvən 2012” MMC tərəfindən bəyan olunan malların dəyəri eyni və eynicinsli malların sövdələşmə qiyməti ilə müqayisədə aşağı olub. Malların dəyərinin hazırlandığı material tərkibinin xammal dəyərindən aşağı olduğu müəyyən olunmuşdur.
![]()
Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin Avtosfer.az-a daxil olmuş məlumatı:
“Güvən 2012” MMC tərəfindən 2023-cü il 14 mart tarixində bəyan olunan malların gömrük dəyəri ilə bağlı Aslanov Ramil Xurşud oğlu tərəfindən sosial şəbəkələrdə yayılan video görüntülər və söylənilən şəxsi mülahizələrə dair Dövlət Gömrük Komitəsi aşağıdakıları bildirir:
“Güvən 2012” MMC tərəfindən 2023-cü il 14 mart tarixində bəyan olunan mallara (3 adda mətbəx üçün su kranları, duş kranları, arko kranlar və onların hissələri) fiziki baxış zamanı malların dəyərinin hazırlandığı material tərkibinin xammal dəyərindən aşağı olduğu müəyyən olunmuşdur.
Mövcud qanunvericiliyin tələbinə uyğun olaraq gömrük dəyəri ilə bağlı bəyannaməçiyə Bakı Baş Gömrük İdarəsi tərəfindən elektron qaydada rəsmi bildiriş təqdim olunmuşdur.
“Güvən 2012” MMC tərəfindən Aslanov Ramil Xurşud oğluna malların bəyan edildiyi 2023-cü il 14 mart tarixindən xeyli sonra, yəni 2023-cü il 4 aprel tarixində etibarnamə verilib, 2023-cü il 4 aprel tarixindən etibarən vətəndaş Komitənin vəzifəli şəxsləri tərəfindən 2023-cü il 7,8,11 aprel tarixlərində qəbul edilib. Keçirilən qəbullarda “Güvən 2012” MMC tərəfindən bəyan olunan malların dəyərinin eyni və eynicinsli malların sövdələşmə qiyməti ilə müqayisədə aşağı olduğu, gömrük dəyərinin fakta uyğun olmadığı, gömrük dəyərinin müəyyən edilməsi qaydaları barədə məlumatlar onun diqqətinə çatdırılmış, həmçinin izah edilmişdir ki, Bakı Baş Gömrük İdarəsi tərəfindən elektron qaydada təqdim edilmiş bildirişi məhkəmə qaydasında mübahisələndirə bilər.
Gömrük – biznes əməkdaşlığının genişləndirilməsində marağını ifadə edərək Dövlət Gömrük Komitəsi könüllü riayətetmə, habelə malların keyfiyyət parametrlərinə uyğun dəyərlə bəyan edilməsi məsələlərinin diqqətdə saxlanılmasını sahibkarlardan xahiş edir.
Gömrük rəsmiləşdirilməsinin tez və rahat həyata keçirilməsi məqsədilə mal-müşayiət sənədlərinin (müqavilə, invoys, malın haqqının ödənişinə aid bank təsdiq sənədləri, ixrac ölkəsinin bəyannaməsinin surəti və s.) gömrük orqanlarına vaxtında təqdim etmələri sahibkarlara tövsiyə olunur.
(bəyan edilən və eynicinsli malların şəkilləri əlavə edilir).




Xalq artisti Tofiq Bakıxanov VƏFAT EDİB
Briliant Dadaşova qaydaları pozdu: Kəməri taxmır, gözü də telefonda qalıb - VİDEO
Sahibkarlara vaxt verildi: Məhsulların etiketləri yeni tələblərə uyğunlaşdırılacaq - VİDEO
Kamçatkada köməksiz qalan azərbaycanlı aparıcıdan XƏBƏR VAR - FOTO
Aİ-də yanacaq qiymətləri kəskin artdı: 27 ölkədən 25-də bahalaşma
Bakı Metropolitenindən bloqerin şikayətinə cavab - “Xətdən qatar çıxarılmayıb” - VİDEO
Yaşayış olan binada söküntü aparılır: Sakinlər narazıdır - VİDEO
Bakıda mübahisəli cərimə: DYP araşdırmalara başladı - VİDEO
Bakının üç küçəsində nəqliyyatın hərəkəti MƏHDUDLAŞDIRILACAQ
Zabit olmaq istəyənlərin NƏZƏRİNƏ! - DİN müsabiqə elan etdi - FOTO
Sürücü ''Meqa'' sığorta şirkətindən şikayətçidir - VİDEO










