Hacıqabulda evlərdən oğurluq edən şəxslər saxlanılıb

Hacıqabulda fərdi yaşayış evlərindən oğurluq edən şəxslər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən oğurluq edən rayon sakini, əvvəllər məhkum olunmuş Vəli Zayidov saxlanılıb.
İlkin dindirilmə zamanı V.Zayidov cinayət əməlini etiraf edərək qeyd edilən oğurluq faktını tanışı İbrahim Şirinov ilə birlikdə törətdiyini bildirib. Aparılan araşdırmalar zamanı məlum olub ki, qabaqcadan əlbir olan tanışlar zərərçəkənə məxsus ünvana qanunsuz daxil olaraq oradan dəmir borular və digər tikinti materialları, avtomobil ehtiyat hissələri və 3 ədəd su matoru oğurlamaqla zərərçəkmişə 4600 manat maddi ziyan vurublar.
Oğurluq hadisəsində iştirak edən İ.Şirinovda müəyyən edilərək istintaqa cəlb olunub. Qanunsuz yolla əldə olunan "qənimətlərin" bir qismi maddi sübut kimi götürülüb.
Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Yaşayış olan binada söküntü aparılır: Sakinlər narazıdır - VİDEO
Bakıda mübahisəli cərimə: DYP araşdırmalara başladı - VİDEO
Bakının üç küçəsində nəqliyyatın hərəkəti MƏHDUDLAŞDIRILACAQ
Zabit olmaq istəyənlərin NƏZƏRİNƏ! - DİN müsabiqə elan etdi - FOTO
Sürücü ''Meqa'' sığorta şirkətindən şikayətçidir - VİDEO
Orada təmiz ətin kilosu 11 manatdır, Bakıda isə 18 manat – SƏBƏB
İçib "TikTok"da canlı yayım açaraq söyüş söyən ÜÇ UŞAQ ANASI SAXLANILDI
Şimali Koreya Ukraynadakı müharibədən nə qədər qazanır? - FOTO
Sərnişin avtobusu qapısı açıq idarə olunub - VİDEO
Polis polkovnik leytenantı rəis TƏYİN EDİLDİ
Bakıda çimərlikdə qadınları çəkib “TikTok”da yayımladı - Onları hansı cəza gözləyir? - VİDEO










