Hansı xəstələr təyyarə ilə səyahət edə bilməz? - CAVAB

Lent.az-ın “Bir sual bir cavab” rubrikasında növbəti mövzu ürək-damar xəstəliyi olan insanların təyyarədən istifadəsilə bağlıdır.
Ürəyində tromboz, varikoz kimi xəstəliyi olan insanların təyyarə ilə səyahət etməməsini məsləhət görürlər.
Maraqlıdır, görəsən həqiqətən də ürək xəstəsi olan insanlar təyyarə ilə səyahıət etməməlidir?
Rusiya Səhiyyə Nazirliyinin nümayəndəsi, həkim Roman Qorenkov bildirib ki, ürəkdə xəstəliklər, tromboz, varikoz olanlar üçün təyyarə uçuşları təhlükəsiz deyil.
Onun sözlərinə görə, təyyarə ilə uçuşların orqanizm üçün stress yaratdığını bildirib:
“İnsan uzun saatlar oturaq vəziyyətdə, yüksək atmosfer təzyiqində qalır. Xroniki ürək-damar problemləri olanlar üçün bu potensial təhlükə ola bilər. Ürək damarları tutulması, yüksək təzyiq, varikozu, trombozu olanlarda uçuşdan əvvəl və sonra ümumi vəziyyət nəzarət altında olmalıdır. Bir neçə saat ayaqların qatlanmış vəziyyətdə qoyulması tromb əmələ gəlməsinə səbəb ola bilər. Varikoz və qan qatılığı olan xəstələr uçuşdan əvvəl tromba qarşı antikoaqulyant qəbul etməlidir".
Həkim həmçinin qeyd edib ki, yaşlı kişilərdə prostat adenoması varsa, onlar üçün də təyyarədə uçmaq risklidir:
"Təyyarədə uzun müddət oturmaq qan dovranını pozur və prostat problemi artır. Bu kişilər uçuşdan əvvəl və təyyarədə maye qəbul etməməlidir. Eşitmə, tənəffüs və ürək-damar problemi olanlar üçün uçuş hər zaman risklidir. Onlar hər uçuşdan sonra mütləq yoxlanmalıdır”.
Bir milyardlıq maliyyə pozuntusu iddiası: Saleh Məmmədovla bağlı ciddi ittihamlar
Sahil Babayevin yeni hədəfləri: Antiinhisar Maliyyə Nazirliyinin tabeliyinə verilə bilər
Bir icra başçısı işdən çıxardı, digəri vəzifə verdi - FOTO
Bu obyektlərə hüquqi mühafizə verilməyəcək - Prezident təsdiqlədi
Azərbaycanda yeni təqaüd təsis olundu - FƏRMAN
Müdafiə nazirinin yanındakı general kimdir? - DOSYE - FOTO
Bu yolda sürət həddi bərpa edildi
Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olundu - YENİLƏNİB
NİİM işıqforlarla bağlı hərəkət iştirakçılarına müraciət etdi - FOTOLAR
Azərbaycan neftinin qiyməti rekord həddə bahalaşdı - SON RƏQƏM
Bu yolda sürət həddi endirildi - FOTO










