Hava limanı vulkana görə işini dayandırdı

Meksikanın Puebla Beynəlxalq Hava Limanı Popokatepetl vulkanının buraxdığı kül səbəbindən fəaliyyətini dayandırıb. Bu barədə ştatın Mülki Müdafiə İdarəsi tviter hesabında yazıb.
Məlumatda Beynəlxalq Hava Limanının uçuş-enmə zolaqlarına kül düşdüyünə görə növbəti xəbərdarlığa qədər fəaliyyətinin dayandırıldığı bildirilib.
Daha əvvəl yerli hakimiyyət orqanları Puebla ştatının 40 bələdiyyəsində, həmçinin Mexiko və Tlaskala ştatlarının bəzi ərazilərində məktəbləri onlayn tədrisə keçirmək qərarına gəliblər.
Meksika paytaxtının hava limanı Popokatepetl vulkanı səbəbindən həftəsonu 207 reysin gecikdiyini və ya ləğv edildiyini bildirib.
Popokatepetl Meksikanın ən böyük və aktiv vulkanlarından biridir. Mayın 21-də ölkənin mülki müdafiə idarəsi vulkanın aktivliyi ilə əlaqədar təhlükə səviyyəsini beşə (cəmi yeddi səviyyə) qaldırıb. (lent.az)
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












