Hərbi vəzifəlilər praktiki atışlar icra etdilər - VİDEO

Müdafiə Nazirliyinin illik hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə keçilən tədbirlər çərçivəsində hərbi hissələrdə ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlilərin cəlb edildiyi təlim toplanışıında praktiki məşğələlər keçirilir.
Avtosfer.az xəbər verir ki, tədris proqramına müvafiq olaraq toplanışa cəlb edilmiş heyətlə səhra şəraitində (çöl şəraitində) növbəti məşğələlər keçirilib.
Təlim mərkəzində baş tutmuş məşğələ zamanı əvvəlcə iştirakçılar bölmələrimizin silahlamasında olan atıcı silahların natamam sökülüb-yığılması və istifadə qaydaları üzrə praktiki vərdişlərini sınayıblar.
Sonra isə ehtiyatdan çağırılmış hərbi vəzifəlilərə döyüş zamanı ilkin tibbi yardımın göstərilməsi qaydaları öyrədilib, yaralıların ərazidən təxliyə edilməsi üsulları məşq etdirilib.
Növbəti mərhələdə hərbi vəzifəlilər müxtəlif atıcı silahlardan və qumbaraatanlardan praktiki atışlar icra ediblər.
Azərbaycan Ordusunun arsenalında yeni qəbul olunmuş müasir silah və hərbi texnikaların taktiki-texniki xüsusiyyətləri, istismar qaydaları, həmçinin döyüş tətbiqi üsullarının öyrədilməsi məqsədilə keçirilən toplanışda ehtiyatdan çağırılan hərbi vəzifəlilərin praktiki vərdişləri təkmilləşdirilr, bilik və bacarıqları inkişaf etdirilir, eləcə də yeni hərbi biliklər tədris edilir.
“İçərişəhər–Həzi Aslanov” xəttində dəyişiklik sıxlığa necə təsir edəcək?
Bakı–Quba yolunda beton baryerlərin yeri qanunsuz dəyişdirilib - VİDEO
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO












