Hərbi vəzifəlilərin təlim toplanışından görüntülər - VİDEO - FOTO

“N” saylı hərbi hissədə 2023-cü il üçün hazırlıq planına əsasən ehtiyatda olan hərbi vəzifəlilərin iştirakı ilə keçirilən təlim toplanışı davam edir.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Toplanış çərçivəsində hərbi vəzifəlilərlə görüş keçirilərək onların mənəvi-psixoloji vəziyyəti yoxlanılıb, milli-mənəvi dəyərlərə sadiqlik, dövlətçilik və vətənpərvərlik ruhunda maarifləndirici söhbətlər aparılıb.
Həmçinin toplanışda hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin, bilik və bacarıqlarının artırılması məqsədilə müxtəlif tapşırıqlar yerinə yetirilib.
Əvvəlcə hərbi vəzifəlilərə təhlükəsizlik, silahların taktiki-texniki xüsusiyyətləri, natamam sökülüb-yığılma və istifadə qaydaları çatdırılıb.
Təlim sahəsində praktiki vərdişlərini təkmilləşdirən hərbi vəzifəlilər silahların döyüşə hazır vəziyyətinə gətirilməsi, atəş mövqeyinin tutulması və düzgün nişanalma qaydalarına əməl etməklə şərti düşmən hədəflərinin aşkar olunaraq məhv edilməsi üzrə qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












