Hərbi xidmətə getməkdən boyun qaçıran şəxs məhkəmə zalında həbs edildi

Şəki Apellyasiya Məhkəməsində hərbi xidmət keçməkdən boyun qaçırmaqda təqsirləndirilən Bayram Məlikovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Avtosfer.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Zamin Tahirovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.
Qərara əsasən, təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməyib, Şəki Rayon Məhkəməsinin 16 aprel 2025-ci il tarixli hökmü dəyişdirilmədən qüvvədə saxlanılıb.
İttihama görə, 2004-cü il təvəllüdlü Bayram Məlikov müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmadığı halda, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsinin çağırışına əsasən çağırışçı kimi Şəki rayon çağırış komissiyasında tibbi komissiyadan keçərək “hərbi xidmətə yararlıdır” hesab olunub və çağırış vərəqəsi ilə N saylı hərbi hissəyə göndərilməsi təyin edilib. Lakin o, üzrsüz səbəbdən 22 iyul 2022-ci il tarixdə təyin olunmuş məntəqəyə gəlməyib, həmçinin sonrakı tarixlərdə də çağırışdan qəsdən yayınaraq hərbi xidmətə getməkdən boyun qaçırıb.
Şəki Rayon Məhkəməsinin hökmü ilə Bayram Məlikov 1 il 9 ay 3 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib və o, məhkəmə iclas zalından dərhal həbs olunub. Hökmündən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti vermişdi.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












