Hesabına yatırılan 10 mindən imtina etdi - VİDEO

Azərbaycanlı gənc Musa Musazadə Türkiyədə baş vermiş dəhşətli zəlzələyə görə verilən 10 min lirəni geri qaytarıb.
26 yaşlı Musa Musazadə Qaziantep Universitetində təhsilini tamamladıqdan sonra İstanbulda məskunlaşıb. Ancaq yaşayış qeydiyyatı hələ də Qaziantepdədir.Türkiyədə baş vermiş zəlzələdə onun tələbəlik zamanı qaldığı bina da dağılıb. Elə buna görə də hesabına dövlət tərəfindən 10 min lirə yardım yatırılıb. Musa isə “Mən zərərçəkən deyiləm, ehtiyacım yoxdur” deyərək pulu geri qaytarıb.
Musa Musazadə deyir ki, bu puldan bir qəpik belə xərcləmək mümkün deyil. Bu pul yaralanan və qayğıya ehtiyacı olan insanların haqqıdır.
Ona hesabındakı məbləğin üç gün ərzində geri qaytarılacağı bildirilib. Rəsmi qurumlar tərəfindən Musa Musazadəyə nümunəvi davranışına görə təşəkkür edilib.
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO











