Hikmət Hacıyev: "Azərbaycan mülki insanlarla savaş aparmır"

"Ermənistan və qondarma rejim tərəfindən biri digərinə zidd olan çoxlu sayda yalan və saxta məlumatlar yayılır. Nəticədə bu kimi saxta məlumatların ifşası üçün Azərbaycan tərəfinin müdaxiləsinə ehtiyac qalmır. Ermənistan müdafiə nazirinin AR Dövlət Sərhəd Xidmətinin hərbi geyimində olan erməni hərbçilərlə fotoşəkli Ermənistanın muzdlularla bağlı saxta kampaniyasını alt-üst etdi. Ermənistanın Müdafiə Nazirliyi və digər qurumları yeni muzdlu barədə məlumat verəcəklərini bəyan etdikləri halda, Ermənistanın Ədliyyə Nazirliyi üçüncü muzdlunun olmadığını etiraf etdi. Yəqin ki, səhnələşdirilmiş teatr üçün müvafiq şəxsi tapa bilməyiblər. Süni ruh yüksəkliyi yaratmaq üçün özünü bloqer adlandıran şəxslər cəlb olunaraq Ermənistan tərəfindən həmçinin saxta döyüş səhnələri hazırlanır".
Avtosfer.az xəbər verir ki, bu sözləri Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
"İşğaldan azad edilmiş ərazilərimizdə mülki insanın öldürülməsi barədə qondarma rejimin yaydığı məlumat növbəti dezinformasiyadır. Azərbaycanı Ermənistandan fərqləndirən cəhətlərdən biri də odur ki, Azərbaycan mülki insanlarla savaş aparmır.
Xocalı soyqırımı insanlıq əleyhinə cinayətinin bariz nümunəsi olaraq, Ermənistanın siyasi-hərbi rəhbərliyinin əsil mahiyyətini nümayiş etdirdi. İrqi ayrı-seçkilik əsasında Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə Azərbaycan xalqına qarşı etnik təmizləmə törədilmişdir.
Tərtər, Gəncə, Bərdə və digər şəhərlərin mülki əhalisinin, o cümlədən azyaşlı uşaqların raket hücumları ilə qətlə yetirilməsi Ermənistanın Xocalı soyqırımı siyasətinin davamıdır. Dəyişən yalnız istifadə olunan vasitələrdir. Ermənistan silahlı qüvvələrinin doktrinasında və döyüş hazırlığında mülki Azərbaycan əhalisinin hədəfə alınması müəyyən edilmiş məqsədlərdən biridir.
Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan mülki insanlar üçün ən böyük təhlükə Ermənistan və kriminal xunta rejimidir. Onlar tərəfindən mülki insanlara qarşı cinayətlərin törədilməsi və sonra buna görə Azərbaycanın günahlandırılması halları istisna edilməməlidir.
İşğal olunmuş ərazilərimizdə yaşayan mülki erməni əhalisini ayıq-sayıq olmağa və hərbi əməliyyatların getdiyi ərazilərdən kənar durmağa çağırırıq.
Azərbaycanın nəzarətində olan əraziyə keçmək istəyən mülki insanlara beynəlxalq humanizm prinsipləri əsasında bütün lazımi yardım və dəstək göstəriləcəkdir" - Prezidentin köməkçisi bildirib.
Hansı din xadimlərinin dövlət qulluğunda çalışmasına məhdudiyyət qoyulur? – DEPUTAT
Polad Həşimovun anasının son durumu AÇIQLANDI
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?












