Hikmət Hacıyev: “Ermənistan Füzulidə mədəni irsi qəsdən məhv edib”

“Füzulidə yalnız binanın fasadı qalıb. Azərbaycanın işğaldan azad edilən Füzuli bölgəsindəki dağıntıların miqyası Ermənistanın sivil dünyadan nə qədər uzaq olduğunu göstərir. Bu vandalizm və barbarlıqdır”.
Avtosfer.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdə yazıb.
“Bura tropik meşə və ya cəngəllik deyil. Eyni zamanda qiyamət şəhəri deyil. Bura Azərbaycanın Füzuli şəhərinin xarabalıqlarıdır. Yerlə yeksan edilib. Qoy beynəlxalq ictimaiyyət Ermənistanın vandalizmini görsün. Bu mülkiyyətin, mədəni irsin qəsdən məhv və talan edilməsidir.
455-ci ildə Roma şəhəri Vandallar adlanan qəbilələr tərəfindən yandırılaraq talan edildi. Onların nüfuzu bütün tarix boyu məhv etmə - Vandalizm əməlləri ilə sinonim olaraq möhürlənib. Ermənistanın bir vaxtlar çiçəklənən Füzuli şəhərini məhv etdiyini gördükdən sonra vandalizmin yeni sinonimi yaranıb” - deyə, o bildirib.
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI












