Hindistanda bəbir insanlara hücum edib: 15 nəfər yaralanıb - VİDEO

Hindistanın Assam əyalətində bəbir insanlara hücum edib.
Nəticədə ən azı 15 nəfər yaralanıb.
Bu barədə ştat polisi məlumat yayıb.
Xəsarət alanların çoxunu bəbir dişləyib və onlar xəstəxanaya yerləşdirilib. Hazırda vətəndaşların həyatı təhlükədə deyil. Lakin yaralıların Corhat Tibb Kollecinin Xəstəxanasına gətirilməsi davam edir.
Bəbir hücumunun qurbanları meşə təsərrüfatı işçiləri, uşaqlar və qadınlar olub. Onların bir çoxu xəstəxanaya Corhat şəhərinin kənarında yerləşən Yağış Meşələri İnstitutunun Tədqiqat şəhərciyindən gəlib. Çox güman ki, heyvan əraziyə yaxınlıqdakı Gibbon Vəhşi Təbiət Qoruğundan yemək axtarmaq üçün daxil olub.
Kampus sakinlərinə evlərini tərk etməmək tövsiyə olunub. Səlahiyyətlilər heyvanı tələyə salmaq üçün şəhərcikdə tələlər qurublar.
oxu.az
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO











