Hökməlidə narkotik satan 5 nəfər saxlanılıb - VİDEO

Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Hökməli qəsəbəsində həyata keçirdikləri növbəti tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 5 nəfər saxlanılıb.
DİN-dən Avtosfer.az-a verilən məlumata görə, əməliyyat zamanı həmin qəsəbədə yaşayan Cəmaləddin Alxasov, Aydın Eyvazov, Samir Mustafayev, Eldar Nəbiyev və Fərrux Əsgərov tutulublar. Onların üzərində şəxsi axtarış aparılan zaman hazır bükümlər formasında satış üçün qablaşdırılan narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilib. Saxlanılan şəxslər Hökməli və ətraf qəsəbələrdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını bildiriblər.
Faktlarla bağlı Qobu Polis Bölməsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI











