Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolunun tikintisi 73 % icra olunub - FOTO - VİDEO

Ümumi uzunluğu 123,6 kilometr olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd (Zəngəzur dəhlizi) yolunun tikintisi 73 % icra olunub.
Avtosfer.az xəbər verir ki, bunu Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli deyib.
Onun sözlərinə görə, layihə üzrə həyata keçirilən işlər çərçivəsində 265 dairəvi borudan 202-i (32-də inşaat işləri davam edirilir) 41 düzbucaqlı borudan 26-sı (4-də), 55 alt keçidin 44-ü (2-də), 27 körpünün 12-i artıq tikilib (12-də).
A. Nəcəfli yol boyu şərti olaraq T1, T2 və T3 adlandırılan 3 avtomobil tunelinin inşasının aparıldığını xatırladan, T1 və T2 tuneli üzrə artıq qazma işlərinin, həmçinin beton püskürtmə və kəmər beton işlərinin tam yekunlaşdığını, T3 tunelinin sol istiqaməti üzrə qazma işlərinin, həmçinin beton püskürtmə və kəmər beton işlərinin tamamlandığını, sağ istiqaməti üzrə isə qeyd olunan işlərin yekunlaşmaq üzrə olduğunu bildirib.
"Bundan başqa layihə üzrə 123,6 kilometrlik yolun 70,2 kilometrlik hissəsində torpaq yatağı inşa olunub. Hazırda yatağın tikintisi yekunlaşmış hissə boyu yol əsası inşa edilir, asfaltlanma işləri görülür. Belə ki, ortalama 48 kilometrlik hissədə hamarlayıcı lay, 38 kilometrlik hissədə əsasın alt layı, 36 kilometrlik hissədə isə əsasın üst layı inşa edilib. Yolun 35 kilometrlik ərazisində isə müəyyən hissələr üzrə asfalt-beton örtüyünün alt və üst layı döşənib. Qeyd olunan işlər üzrə digər hissəllərdə tikinti işləri davam edir", - deyə o əlavə edib.
Qurum tikinti işlərinin əsas hissəsini 2025-ci ilədək başa çatdırmağı planlaşdırır.
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO














