İdxal olunan köhnə minik avtomobilləri üçün aksiz dərəcəsi artırılır

Gələn ildən Azərbaycana idxal edilən istehsal tarixi 7 ildən çox olan minik avtomobilləri üçün aksiz dərəcələri artırılacaq. Avtosfer.az xəbər verir ki, bununla bağlı dəyişikliklər Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilərək Vergi Məcəlləsi və “Dövlət rüsumu haqqında” qanuna təklif olunan dəyişikliklərdə öz əksini tapıb.
Mövcud qanunvericiliyə əsasən, minik avtomobillərinin mühərrik həcminə uyğun olaraq müxtəlif aksiz dərəcələri tətbiq olunur. İstehsal tarixi 7 ildən artıq olan idxal avtomobilləri üçün isə hazırda hesablanmış aksiz məbləğinə benzin mühərrikli avtomobillər üçün 1,2; dizel mühərrikli avtomobillər üçün 1,5 yüksəldici əmsal əlavə edilir.
Təsdiqlənmiş yeni layihəyə görə, 2026-cı il yanvarın 1-dən etibarən bu əmsallar artırılacaq:
Benzin mühərrikli minik avtomobilləri üçün əmsal 1,5,
Dizel mühərrikli minik avtomobilləri üçün isə 2 olacaq.
Müzakirələrdən sonra sənəd üçüncü oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.
Şəkidə sakinlər öz pulları ilə yol çəkirlər - VİDEO
Azərbaycanlı dənizçilər üçün təhlükəli gəmiçilik yolu
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Hava kəskin dəyişəcək: BU TARİXDƏ
Bu xəbər çoxlarını sevindirəcək - Bir qərar çox şeyi dəyişə bilər!
Prezident və ailəsi FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyib - FOTOLAR - YENİLƏNİB
Abşeron Gənclər şəhərciyində yolu su basıb - VİDEO
Qohumu cinayət törətmiş şəxs vəzifəsini itirə bilərmi? – CAVAB
Qətllə nəticələnən görüşü deputatın oğlu TƏŞKİL EDİBMİŞ - FOTO
Avtobusu sürməkdən imtina edən sürücü hələ iş başındadır? - AÇIQLAMA
Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur












