İki nəfəri öldürərək ömürlük həbs cəzası alan şəxslə bağlı qərar ləğv edildi

Ali Məhkəmədə Tərtər rayonunda iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən Nuri Allahverdiyev barəsində olan ömürlük həbs cəzasından verilən kassasiya şikayətinə baxılıb.
Avtosfer.az xəbər verir ki, hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, hökm və ya qərar tamamilə ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.
İttihama görə, 2020-ci ilin aprelin 26-da Tərtərin Ədalət Paşayev küçəsindəki binada yaşayan 25 yaşlı Cavid Məmmədlinin Vüqar Həsənov küçəsindəki ağacdan asılı vəziyyətdə meyiti aşkar edilib.
Ekspertizanın rəyinə əsasən, meyitin üzərində heç bir zorakılıq əlamətləri olmadığı üçün baş verən hadisə intihar kimi qiymətləndirilib.
Aparılan əməliyyat-istintaq tədbirləri nəticəsində C.Məmmədlinin ölümünün səbəbinin intihar yox, qətl olması ilə bağlı müəyyən şübhələr yaranıb.
Meyitin asıldığı kəndirin nisbətən hündürlükdən və ağaca çıxmaqla bağlanılması ilə bağlı izlər aşkar olunub. Lakin ağacın budağına kəndiri asmaq üçün çıxan zaman düşən barmaq və ayaq izlər mərhuma aid olmayıb. Buna görə də meyitin dərisindən nümunə götürülərək Bakıya göndərilib.
Bakıda müayinədən sonra hadisənin qətl olması ilə bağlı şübhələr özünü doğruldub. Meyitin bədəninin müxtəlif nahiyələrində - yanağında, boğazında və sağ əlində naməlum barmaq izləri tapılıb. Həmin barmaq izləri ilə ağacdan kəndiri asan zaman düşən barmaq izlərinin eyni şəxsə aid olduğu müəyyən edilib.
Əməliyyat-axtarış tədbirlərindən sonra hadisəni törətməkdə şübhəli bilinən mərhumun qonşusu, 39 yaşlı N.Allahverdiyev saxlanılıb. Onun dindirilməsi zamanı daha bir qətl törətdiyi məlum olub.
N.Allahverdiyev 2018-ci ilin noyabrında yaşadığı evdə əlləri və ayaqları bağlanılaraq çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirilən Rəşad Nərimanlının da qatili olduğunu etiraf edib.
İstintaq orqanı tərəfindən N.Allahverdiyevin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.10-cu (təkrar adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddələri ilə ittiham elan edilib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Allahverdiyev ömürlük azadlıqdan məhrum olunub.
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI












